İranın Ali dini lideri Seyid Əli Xameneinin komaya düşdüyü deyilir.
"AzPolitika" xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Məlumatda Xameneinin səhhətinin pis olduğu və İranda vəziyyətin qarışmaması üçün hakimiyyətə oğlu Müctəbanın gətiriləcəyi qeyd olunub.
ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Herbert Raymond isə iddia edib ki, İran yaxın günlərdə Xameneinin ölümünü rəsmən elan edəcək.
Qeyd edək ki, oktyabrın əvvəlində ABŞ-nin “New York Times” qəzeti də Xameneinin səhhətinin kritik olduğunu bildirən bir xəbər dərc etmişdi.
Xatırladaq ki, Xamenei sonuncu dəfə noyabrın 7-də ictimaiyyət arasında görülüb.
Tehrandakı rəsmi mənbələr onun son durumu ilə bağlı hələlik heç bir açıqlama verməyib.
"AzPolitika.info"


Şərhlər
Bu neçənci dəfədi. İnsan özgənin ölümünə sevinməz. Çünki, bu bizim hər birimizin görəcəyi bir sonluqdar. Amm elələri də var ki, həyatda öz "əməlləri" ilə elə izlər qoyurlar ki, onun getməsini öz xalqı Allahdan daima temenne edər.