Menu

"Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq" - Nazir

20.11.2024, 17:27
"Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq" - Nazir

Regionlardakı bəzi poçt şöbələrinin bağlanması araşdırılacaq.

“Report” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələlərinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Dünya Bankı poçt şöbələrinin fəaliyyəti üçün kredit ayırmışdı:

“Bununla Mərkəzi Bank ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məşğul idi. Şöbələrin fəaliyyətinin səmərəsiz olması nəzərə alınaraq onlara məhdud şəkildə bank xidmətlərinin göstərilməsi üçün şərait yaradılmışdı. Bu xidmətlər pul köçürmələri və kommunal xidmətlərin ödənişidir. Biz araşdırıb poçt şöbələri üçün digər mümkün məsələlərə də baxacağıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol