Menu

“4400 məktəbdən 1500-nün bağlanması planlaşdırılır” - Deputatdan açıqlama

26.11.2024, 21:19
“4400 məktəbdən 1500-nün bağlanması planlaşdırılır” - Deputatdan açıqlama

“Yeni məktəbəqədər və orta təhsil müəssisələri inşa edilməlidir”.

Bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.

“Əksər ərazilərdə ciddi şagird sıxlığı var. Rəsmi açıqlamalara əsasən, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nün bağlanılması planlaşdırılır.

Düşünürəm, məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda bu məsələ kəndlərin sürətli boşalmasına gətirib çıxaracaq”, - deyə deputat bildirib.

Şərhlər

Vətəndaş 2024-11-27 09:20:20

"Əhsən" belə başa,ağıla!Bəs 1500 məktəbdə çalışanlar.həmin ərazidə yaşayan əhalinin evladları necə olsun? Yllarda qalsınlar.əziyyət çəksinlər?Bir məsələni həll etmədən bağlansın.işdən azad edilsin anlaşılandırmı?elə başar tuxarılara necə çıxarılır?Axı deputat xalqın yanında olmalıdır"Bəs bunlar! Bağlansın!.ərimələnsin!.Cərimələr artırılsın! Budur deputatlarınəhalinin halına yanaşmasıSAyıb!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol