Menu

Yeni ildə 7 gün ardıcıl qeyri-iş günü olacaq

28.11.2024, 20:30
Yeni ildə 7 gün ardıcıl qeyri-iş günü olacaq

İş və istirahət günlərinin yerləri dəyişdirilib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.

Qeyd edək ki, Dünya azərbaycanlılarının həmrəyliyi günü - dekabrın 31-i, Yeni il bayramı - 1 və 2 yanvar qeyri-iş günüdür. Gələn il 4 və 5 yanvar şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, bir həftə ardıcıl - 30 dekabr və 31 dekabr 2024-cü il, 1 yanvar, 2 yanvar, 3 yanvar, 4 yanvar və 5 yanvar 2025-ci il qeyri-iş günləri olacaq.

Şərhlər

Watchman 2024-11-28 19:19:13

Allah bəlanızı versin. Oyun tapıblar özlərinə.

Elmuraz 2024-11-28 14:14:32

Nəyə lazımdır axı bu nazirlər kabineti bekardı deyəsən 1 həftə iş olar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol