Abşeron rayonunun Novxanı kəndində partlayış olub.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə fərdi yaşayış evində baş verib.
Partlayış nəticəsində yaralananların olduğu güman edilir.
Xatırladaq ki, daha əvvəl Sumqayıtın 13-cü mikrorayonunda yaşayış binasında baş vermiş partlayış nəticəsində bir neçə nəfər yaralanmışdı.
FHN-in məlumatına görə, xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntı altından 1 nəfər sağ çıxarılaraq xilas edilib.
***
FHN-dən bildirilib ki, dağıntılar altından 2-ci vətəndaş sağ çıxarılaraq xilas edilib. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
APA-nın məlumatına görə, evdə 2 nəfər olub. Onların hər ikisi xilasedicilər tərəfindən evdən sağ çıxarılaraq xəstəxanaya göndərilib.
Hadisə zamanı yaralanan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri olduğu bildirilir.




Şərhlər