Menu

"İrəvanın BCM-də iştirakı Rusiya-Ermənistan münasibətlərinə birbaşa zərər vurur" - Rəsmi Moskva

04.12.2024, 14:43
"İrəvanın BCM-də iştirakı Rusiya-Ermənistan münasibətlərinə birbaşa zərər vurur" - Rəsmi Moskva

Rusiyanın Beynəlxalq Cinayət Məhkəməsinə və Ermənistanın bu məhkəməyə qoşulmasına münasibəti hər kəsə məlumdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunda iştirakı Haaqa tribunalının bir sıra rusiyalı vəzifəli şəxslərin həbsinə order verməsi fonunda Rusiya-Ermənistan münasibətlərinə birbaşa zərər vurur: “Bu, simvolik zərər deyil, olduqca praktiki zərərdir. Əgər Ermənistanın BCM ilə əməkdaşlığı həqiqətən də hansısa beynəlxalq normaların möhkəmlənməsinə yardım etsəydi, yəqin ki, bunu başa düşmək, alqışlamaq olardır.Lakin bu “psevdo məhkəmə”nin iki onillik iş təcrübəsi bunun əksindən xəbər verir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol