Menu

Elgiz Alxanov həbs olundu - SƏBƏB

06.12.2024, 11:05
Elgiz Alxanov həbs olundu - SƏBƏB

“Həyat üçün şans” reabilitasiya mərkəzinin təsisçisi və rəhbəri Elgiz Alxanov həbs edilib.

Onun həbs olunmasına səbəb sözügedən mərkəzdə müalicə alan pasiyentlərdən birinin işgəncə nəticəsində ölməsidir.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Həmçinin, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən villalardan birində fəaliyyət göstərən həmin reabilitasiya mərkəzinin qanuni əsaslarla fəaliyyət göstərib-göstərmədiyi də araşdırılır.

Qeyd edək ki, Bakıda və Abşeronda bir neçə reabilitasiya mərkəzləri mövcuddur ki, vətəndaşların müraciəti əsasında narkomaniya və ağ ölümlə mübarizədə onlara köməklik edirlər. Lakin bu tipli müəssisələrdə əvvəllər də bir neçə dəfə ölüm halları qeydə alınıb.//Qafqazinfo

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol