“Aviasiya tariximizdə iz qoymağa davam edirik”
“AzPolitika” xəbər verir ki, bu barədə Türkiyənin “TUSAŞ” silah sənayesi şirkətinin rəhbəri Mehmet Demiroğlu sosial şəbəkə hesabından Türkiyənin ilk Milli Döyüş Təyyarəsi “KAAN”-ın afterburner (əlavə yanma, xüsusən uçuş və qalxma zamanı reaktiv təyyarələrdə sürətlənməni artırmaq və ya səs sürətini aşmaq üçün istifadə olunan bir hərəkət sistemidir-red.) test uçuşu ilə bağlı etdiyi paylaşımda bildirib.
“Reaktiv mühərrikin yanma sisteminin işə salınması təkcə texniki nailiyyət deyil, həm də nizam-intizamın və komanda ruhunun zəfəridir. Əldə etdiyimiz bu məqam bizi təkcə bu gün deyil, həm də sabahın daha böyük hədəflərini qurmağa ruhlandırır. Uğurumuzda əməyi olan bütün həmkarlarıma təşəkkür etmək istəyirəm”, -deyə o, bildirib.
“AzPolitika.info”


Şərhlər