Menu

Ukrayna ordusu Kurskda hücuma keçib

06.12.2024, 14:27
Ukrayna ordusu Kurskda hücuma keçib

Ukrayna hərbçiləri Kursk vilayətində hücum əməliyyatları keçirir.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ Müharibə Araşdirmaları İnstitutu(ISW) məlumat yayıb.

Məlumatda deyilir ki, Ukrayna qüvvələri Kurskda bir qədər irəliləməyə müvəffəq olublar: “Dekabrın 4-də yayılan geolokasiya görüntüləri göstərir ki, Ukrayna qoşunları bu yaxınlarda Darinonun mərkəzinə (Korenevonun cənub-şərqinə) doğru irəliləyiblər”.

Bundan əlavə, Ukrayna qüvvələri Korenevodan cənub-şərqdə Novoivanovka və Nikolaevo-Darino bölgələrində əks hücuma keçib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol