2024-cü ilin ilk günündən ABŞ-də polis tərəfindən azı 1 120 nəfər öldürülüb.
Bu barədə “Report” polis zorakılığına dair bazaya (mappingpoliceviolence.us) istinadən məlumat yayıb.
Belə ki, bu ilin ilk 10 ayında yalnız 13 gün ərzində polis qətli hadisəsi qeydə alınmayıb. 2023-cü ildə polis tərəfindən öldürülən insanların sayı 1 247 olub və onlardan 27 faizi qaradərili idi. Son 10 ildə polisin törətdiyi ən çox qətl hadisəsi 2023-cü ildə qeydə alınıb və 2024-cü ilin ilk 10 ayındakı göstəricilər artım tendensiyasını göstərir.
2013-2023-cü illər arasında polis tərəfindən törədilən qətllərin 98,1 faizi üçün polis əməkdaşları cinayət məsuliyyətinə cəlb olunmayıb. 2023-cü ildə ən çox polis qətli Nyu-Meksiko ştatında baş verib. Ümumilikdə, 2013-cü ildən bu günə qədər polis 13 minə yaxın insanı öldürüb.


Şərhlər
333 milyon nüfuzlu ABŞ Polisinin bir ildə zərərsizləşdirdiyi 1120 nəfər kimlərdir və hansı şəraitdə məhv ediliblər? Güclü SSRİ dönəmində 4 milyonluq Ermənistan Milisi azı 165 min azərbaycanlı ailəsini bir neçə aya heç bir səbəbsiz deport edib və sonrakı üç ildə Azərbaycanın əski DQMV soveti ilə daha 630 min azərbaycanlını öz evindən terrorizə edib, təqribən 19 min nəfəri günahsızı qətlə yetirib? Hansı Rekorddur?