Menu

Tramp Notr-Dam kilsəsinin açılışında iştirak etmək üçün Parisə gedib

07.12.2024, 12:49
Tramp Notr-Dam kilsəsinin açılışında iştirak etmək üçün Parisə gedib

ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp bərpa edilmiş Notr-Dam kilsəsinin açılış mərasimində iştirak etmək üçün Parisə gedib.

“Report” xəbər verir ki, bu barədə TASS AFP-yə istinadən məlumat yayıb.

Qeyd olunub ki, bu, Trampın ABŞ prezidenti seçildikdən sonra ilk xarici səfəridir.

Kilsənin açılış mərasimindən əvvəl Trampı Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makron qəbul edəcək.

2019-cu ildə baş verən yanğından sonra bərpa edilmiş Paris Müqəddəs Məryəm Kilsəsinin geniş açılış mərasimi təxminən 40 dövlət və hökumət başçısının iştirakı ilə keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol