Menu

Özünü yandırıb binadan atdı – Elə bildilər Ukrayna PUA-sıdır

07.12.2024, 19:02
Özünü yandırıb binadan atdı – Elə bildilər Ukrayna PUA-sıdır

Rusiyanın Voronej şəhərində intihar hadisəsi baş verib.

“AzPolitika” xəbər verir ki, Rusiya “teleqram” kanallarının məlumatına görə, dekabrın 7-nə keçən gecə yerli sakin özünü yandıraraq, binanın 19-cu mərtəbəsindən atıb. Kişi küçədə dayanmış maşının üstünə düşüb. Nəticədə iki avtomobil yanıb.

Sosial şəbəkələrdə yerli sakinlər hadisə yerindən kadrları yayıb və elə biliblər ki, yanaraq düşən Ukrayna PUA-sıdır. Bundan sonra qonşular vətəndaşı yanğınsöndürən balonla söndürüb. Lakin avtomobilləri söndürə bilməyiblər.

Rusiya Fövqəladə Hallar Nazirliyinin rayon Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumat görə, yanğın xəbəri saat 01:23-də növbətçi məntəqəyə daxil olub. Yanğın zamanı iki avtomobilə ziyan dəyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol