Suriya Prezidenti Bəşər Əsədin təyyarə qəzasında həlak olması ehtimalı yüksəkdir. “Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi respublikadakı iki mənbəyə istinadən məlumat verib.

Eyni zamanda, agentlik təyyarə ekipajının ötürücünü söndürə biləcəyini və bunun nəticəsində təyyarənin radarlardan itə biləcəyini istisna etmir.

“O, radarlardan itdi, ola bilsin ki, transponder söndürülüb, lakin məncə təyyarənin vurulması daha çox ehtimal olunur”, – mənbələrdən biri bildirib.

Qeyd olunub ki, Əsədin, güman ki, Dəməşqdən uçduğu İl-76 təyyarəsi (qeydiyyat nömrəsi YK-ATA) əvvəlcə İraq sərhədinə doğru istiqamət alıb, sonra şimal-şərqə, hökumətə sadiq ələvilərin yaşadığı və Rusiya hərbi bazalarının yerləşdiyi Suriyanın Aralıq dənizi sahillərinə doğru dönüb, daha sonra əks istiqamətə kəskin dönüş edərək üsyançıların nəzarətində olan Hümsün yaxınlığında radarlardan itib.

Uçuşun təyinat məntəqəsi göstərilməyib. “FlightRadar” uçuşları izləmə xidmətinin məlumatlarına görə, radarlardan itməzdən iki dəqiqə əvvəl təyyarənin uçuş hündürlüyü və sürəti tədricən 2,6 km və 64 km/saata qədər azalıb.

“FlightGlobal”ın məlumatına görə, təyyarənin son yerləşdiyi yerin yaxınlığında Əl-Kusayrdakı Suriya HHQ-nin aviabazası yerləşir. Bu ərazi hazırda üsyançıların nəzarətindədir, aviabazanın statusu məlum deyil.

***

Suriya prezidenti Bəşər Əsədin qaçmaq üçün istifadə etdiyi yük təyyarəsinin qəzaya düşməsi nəticəsində öldüyü iddia edilir.

"AzPolitika" xəbər verir ki, bu barədə xarici media orqanlarında məlumat yayılıb.

Məlumatlara görə, təyyarə Livan yaxınlığında radaralardan itib. Bəzi məlumatlara görə, partlayış olub. Həmçinin İL-76 təyyarəsinin kəskin enişdən sonra radardan itdiyi bildirilir.

Təyyarənin müxalifət qüvvələrinin tərəfindən vurula bləcəyi də bildirilir.

Ancaq məlumat hələ rəsmən təsdiq olunmayıb.

***

Suriyada 61 illik "Baas" rejimi 2011-ci ildə başlayan xalq hərəkatlarından sonra 13 il sonra süqut etdi. Rejim əleyhdarı qrupların paytaxt Dəməşqə girməsi ilə Əsəd və "Baas" hakimiyyəti sona çatdı.

"AzPolitika" xəbər verir ki, müxalifət tərəfindən devrilmiş Bəşər Əsədlə bağlı yeni iddia bütün dünyada diqqət çəkib. Əsədin təyyarəsinin son dəfə Dəməşq hava limanından qalxdıqdan sonra Homsun qərbində göründüyü və qəzaya uğrama ehtimalının olduğu bildirilib.

Suriyanın paytaxtı Dəməşqdə rejimin nəzarəti itirməsindən sonra Bəşər Əsədin harada olduğu daha böyük sual işarəsinə çevrildiyi halda, Dəməşq-Lazkiyə arasında uçuş sosial mediada müxtəlif iddiaları gündəmə gətirib.

Əsəd rejiminin paytaxt Dəməşqdə nəzarəti itirməsi və rejim əleyhdarı qrupların şəhər mərkəzinə girməyə başlaması ilə Əsədin təyyarə ilə Dəməşqi tərk etdiyi iddiaları gündəmə gəlib.

Nəhayət, internetdəki uçuş izləmə saytlarında son dəfə Dəməşq hava limanından havaya qalxdıqdan sonra Homsun qərbində görünən, lakin daha sonra itən təyyarənin Bəşər Əsədi daşıdığı iddia edilib.

Sözügedən təyyarənin radardan itməzdən əvvəl 1600 fut yüksəkliyə endiyi və "qeyri-adi hərəkətlər" etdiyi iddia edildi.

Elman

"AzPolitika.info"