İsrail ordusu Suriya ilə sərhəddə Qolan təpələrindəki bufer zonada qüvvələrini yerləşdirməyə davam edir.
"Report" xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.
“Mövcud vəziyyətin qiymətləndirilməsindən sonra və son 24 saat ərzində Qolan təpələrində yüksək hazırlıq tədbirlərinin bir hissəsi olaraq, İsrail ordusu quru və hava bölmələri, bundan əlavə, bölgədəki bütün müdafiə strukturları yerləşdirilib", - məlumatda deyilir.


Şərhlər