""Qarabağ"lı qardaşlarımızın üzüntülərini paylaşırıq"
Türkiyənin tanınmış futbolçusu Arda Turan "Qarabağ" - "İnter" oyunundan yazıb.
ANS PRESS-in məlumatına görə, "Atletiko"nun şərəfini qoruyan türk ulduz Avropa Liqasının qrup mərhələsində keçirilən oynuna sosial şəbəkədə münasibət bildirib.
Arda Turan bu sözləri yazıb: "Dün gece hakem tarafından 3 puanı gasp edilen "Qarabağ"lı kardeşlerimizin üzüntülerini paylaşıyoruz..."
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “İnter” matçında "Qarabağ"ın vurduğu qolu yan xətt hakimi qeydə almamışdı.



Şərhlər