Menu

R.T.Ərdoğana salamlar: "Sən "ağa" - mən "rəiyyət" ?!

14.12.2024, 10:06
R.T.Ərdoğana salamlar: "Sən "ağa" - mən "rəiyyət" ?!

Mustafa Qulə Bala


Dünən fərman verən bu gün can verir.
Səməd Vurğun

Qəddafinin oğlu sağ qalmaq üçün üsyançılara 2 milyard pul təklif edibmiş.
Qəzetlərdən


Ərəbistan

ellərinin baharı

Tunis ardı

Fironların

qədim yurdu

Misirdə də

başladı.

Bu başlanğıc

siyasətlə

cəhalətlə

hiylə ilə

öz xalqına qan uddurub

sərvət yığan

Rəhbərləri

lap başından

daşladı!

Milyonları

öz nəslinə

baş əydirən

Başlar getdi…

Gözlər getdi…

Qaşlar getdi…

Yer üzündə

səcdə üçün

Daşlar qaldı…!

Səddama,

Qəddafiyə

qoyulmayan baş daşı.

Gözəlçə Qəddafinin

atasının

bostanından

sandıqlara

yığaraq

hər gün

səcdə etdiyi

ziynətləri,

Qaş-Daşı…!

Tunis daşı…

Misir daşı…

Liviya daşı…

Suriya daşı…

Cəlladların

yenə varmı

qardaşı?!

Bitəcəkmi

bir zaman

Qan içən

fironların

Cəlladlığda
yarışı?!

Tanrı həqiqətini

qanmaq

istəmir

Naşı..!

Qanunların

boğulduğu

Məmləkətdə

ədalətin

sapandına

yüklənəndə

insanlığın

qarğışı-

səbir daşı,

Xalqının

damarından

sovurub

topladığı

milyardlar

xilas etmir

əyyaşı…!

Allahu Əkbər!

Allahu Əkbər!

Yaşasın

Ulu Rəhbər!

Çərxi fələk

Oynadanda

sapandını

Zülmkarın təpəsinə

qapaz dəyir,

kül tökülür,

daş düşür.

Millətinin çörəyinə

Ayaq basan

harınlar

Dədə-baba malı kimi

Zəbt etdiyi

Kürsülərdən

diyirlənib

Cəhənnəmə

sürüşür..!

Sosial şəbəkələrdə

Gəncliyin

haray səsi

TV ekranlarında

tumansız

müğənninin

Qudurğan rəhbərlərçin

Göbəkatdı nəgməsi.

Qansız məmurlarınsa

Ürəyini yumşaltmır

Şəhid analarının

Fəryad dolu

naləsi.

Hər məmur

bir hökümət,

Özüyçün başsız

dövlət.

Sərvət hərislərinin

Hiyləgərlik

maşını

dayanarmı

nəhayət!?

Bir soruşun

Ərdoğandan

Qurtardımı

Ərəbistan

baharının

daşları.?!

Axı qurumaq

bilmir

Hələ neçə

ölkədə

Məmur

sırtıqlığının

Rüşvət

məngənəsində

Hökumət

masasının

ehtiyac

zənbilində -

səfalətin

cəngində

boğulan

rəiyyətin,

əzilən

rəiyyətin

tökülən

göz yaşları!

Bir soruşun

Ərdoğandan

Qurtardımı

Ərəbistan

baharının

daşları?

İnsanlığın

ən böyük

sərvəti- Azadlıqdır !

bizim zəmanəmizdə

Böyüklük- Ağalıqdır?!

Sən "Ağa"- Mən "riəyyət " ?!

Sən: "İqtidar"- Mən:- "Millət" ?!

zəbt edib bir ölkənin

bütün sərvətlərini,

Sən naz-nemət içində,

xalqınsa çəksin zillət ?

Ağalar, Əfəndilər,

İqtidar Mürşidləri ,

ayılın yuxulardan !

Güllə-baran etməyin

insanlığı amandır !

Zaman- başqa Zamandi !!!

Sizi xalq seçmədimi ?!

nə tez dönüb oldunuz

vəzifə düşgünləri ??!!

Dədə-baba malı tək

zəbt etdiyiz kürsülər

Millətin haqq səsidir-

Azadlıq nəğməsidir !

Çərxi fələk

fırladanda sapandını

millət yenə oyanıb

öz Himnini oxuyar,

Azadlıq Xalısını

al qanıyla toxuyar!

Bir soruşun Ərdoğandan

qurtardımı

Ərəbistan baharının

daşları??

Axı qurumaq bilmir

hələ neçə ölkədə

haqqı tapdananların

tökülən göz yaşları ! (modern.az)

Şərhlər

Məmmədov Emin 2024-12-18 15:57:06

İndiki vəziyyəti və cəmiyyəti o qədər gözəl anlatmısan ki, sanki bir rəssam kimi portretini yaratmısan. Müasir həyatımızın reallıqlarını olduğu kimi nəzmə çəkən möhtəşəm bir həyat həqiqətləri. Təşəkkürlər Mustafa Qulə Bala .Eşq olsun.

Nadina 2024-12-16 16:24:50

Təşəkkurlər

Rəhim Yoləbala 2024-12-15 16:09:03

ƏDHU-nun "Mənfur Əsəd və onun zəhərli övladları da ömürlərini şad-xürrəm başa vuracaqlar və adamı yandıran da budur. Ən yaxşısını Lenin etmişdi" şərhinə cavab: Putinə sığınanın sonunu siz "şad-xürrəm" başa vuracağına əminsinizmi? Mən sizin qədər əmin deyiləm. Lenindən də misal çəkdiyiniz kimi Rusiya ingilablar ölkəsidir. Bunu da unutmayaq. Müəllifə və şərh yazanlara sevgilər, hörmətlər.

ƏNHU 2024-12-14 23:55:59

Diktatorlar məhv olsa da sərvətləri məhv olmur. Övladlarına qalır. Zatən onların istədikləri də elə budur. İran şahının oğlu və arvadı hələ də milyonlar üçündə üzür və kef çəkir. Gülnarənin lindən sadəcə 1-cə milyard ala bildilər. Mənfur Əsəd və onun zəhərli övladları da ömürlərini şad-xürrəm başa vuracaqlar və adamı yandıran da budur. Ən yaxşısını Lenin etmişdi.

Azko.azko 2024-12-14 19:17:13

Təşəkkurlər..

Təvəkkül Süleymanlı 2024-12-14 17:24:15

Milyonları öz nəslinə
Baş əydirən
Başlar getdi.
Diktatorların bütün həyatı bu iki sətrin arasında yerləşib.Bəzən bir insanın fikri minlərlə insanın hərəkətindən daha faydalı olur.
Əllərinizə zehninizə sağlıq.
Sizə can sağlığı,yaradıcılığınızda uğurlar arzulayıram

Vüqar Fəttayev 2024-12-14 17:12:21

Zülmün topu var, gülləsi var, qələsi varsa
Haqqın da bükülməz qolu, dönməz üzü vardır
Göz yumma Günəşdən nə qədər nuru qaralsa
Sönməz əbədi, hər GECƏNİN GÜNDÜZÜ vardır

Esq olsun

Vüqar Fəttayev 2024-12-14 16:55:26

Zülmün topu var, gülləsi var, qələsi varsa
Haqqın da bükülməz qolu, dönməz üzü vardır
Göz yumma Günəşdən nə qədər nuru qaralsa
Sönməz əbədi, hər GECƏNİN GÜNDÜZÜ vardır

Eşq olsun

Arif Həşimov 2024-12-14 14:45:57

Azpolitika əməkdaşlarına təşəkkür.Davamı gəlsin.Aktuallıqdan bir addım öndə.Dəyərli müəllif.təşəkkürlər Sizə.

Məhəmməd İsrafiloğlu 2024-12-14 13:54:28

[Salam Dəyərli Mustafa Bəy! Qələminizə ruhunuz sağlıq, Dəyərli Mustafa Bəy! Birnəfəsə oxudum. Qoca Şərqə, Suriyada olanlara ayna tutur, kral öldü, Yaşasın kral! Bu zehniyyət Şərqin belini qırdı...
Şərq diktatorları hamısı biri birinin ağzına tüpürüb. Bir sözlə möhtəşəmdir poemada iradəsi iflic edilmiş bütün toplumların faciəsi necə var əks olunub.

Füzuli Əfqanoğlu 2024-12-14 13:49:14

Cəmiyyətin belə məntiqli çağırışlara ehtiyacı var, zalımlar sonluğun nə olduğunu anlaya bilsinlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol