Menu

Aydın Dəmirçi oğlunun həbsindən danışdı - “Nə deyəcəyimi bilmirəm...”

16.12.2024, 20:43
Aydın Dəmirçi oğlunun həbsindən danışdı - “Nə deyəcəyimi bilmirəm...”

DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi “AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçi oğlu Qafar Dəmirçinin həbs olunmasına münasibət bildirib.

“AzPolitika” xəbər verir ki, iş adamı “gununsesi.info” saytına qısa açıqlamasında bunları deyib: “Açığı, nə deyəcəyimi bilmirəm. Bizi hər kəs yaxşı tanıyır. İndi gərginlikdəyəm. Mən özüm sizinlə əlaqə saxlayacağam”.

Xatırladaq ki, şirkətin vitse-prezidenti Q.Dəmirçi təbiətə külli miqdarda ziyan vurmaqda ittiham edilir. İddiaya görə, iş adamı təbiətə 8 milyon manata yaxın zərər vurub.

“AzPolitika.info”

Şərhlər

ƏDALƏT 2024-12-17 07:02:44

Dogurdanmi bizdə qanunlar hami üçündür ?

Rasim Quliyev 2024-12-16 19:33:32

O obyektlər onun deyil.Bu boyda obyektlərə kimlərindisə.O orda sadəcə olaraq fiqurdur.O ki,qaldı oğluna pul atan,şantaj edəndir.Belərin yeri hələ oradı.Çox atasının puluna güvənirdi indi noldu pişik asqırdı.Qanun işləyəndə pul parada kömək eləmir.Atası bir az tərləyib verər pulu.Qafarda o adətdir kasıba atmağ məhkəmə ilə şantaj etmək.Indi aparar sayar verər

Vaqif. 2024-12-16 18:32:06

...guya bu boyda həngamədən xəbəri yoxmuş. Məsələ ictimailəşəndən sonra elədiyi qələtlərin mahiyyətini, məsələyə dövlətin diqqət çəkdiyini anlayıb qorxuya düşüblər. Yaxşı biznesmen dövlətə dayaqdır. Ancaq belələri bir az pul qazanan kimi quldurlar... Təssüf ki, belə görmə işlər ölkəmizdə çoxdur....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol