Menu

Xaçmazda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb

18.12.2024, 09:44
Xaçmazda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb

Xaçmaz şəhərində 30 yaşlı kişi dəm qazından zəhərlənib.

"Report" xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Əliyarov Roman Rüstəm oğlu yaşadığı evin hamamında çimərkən su qızdırıcısının buraxdığı dəm qazından zəhərlənərək ölüb.

Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol