Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada ağır zərbə alan İran, 30 milyard dollar olduğu iddia edilən rejimdən qalan borcunu yeni rəhbərlikdən tələb edəcəklərini açıqlayıb.
“AzPolitika” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlama verib.
O, İranın Suriyadakı mövcudluğunun terrorla mübarizə üçün olduğunu müdafiə edib.
Baqei Suriyanın İrana olan borcu və bu kontekstdəki rəqəmlərlə bağlı suala belə cavab verib: “Biz Suriyadakı keçid mərhələsinin keçəcəyini gözləyirik. Ümumiyyətlə, iki ölkə arasında bağlanan razılaşmalar və anlaşma memorandumları ləğv edilməyəcək. Bu məsələ İslam Respublikasının gündəmindədir”.
"AzPolitika.info"


Şərhlər
ged əsədən al saqdi
Əsədlə icdivaclaş, onun hakimiyyətini qorumaq üçün gir Suriyada Əsədlə birlikdə yüz minlərlə insanın qanını töküb toplu məzarlıqlara göm, sonra da bunun üçün Suriyanın yeni hökümətinden 30 milyar para tələb elə. Bu kadar da pes. Aslında bu kadar ahlaksızlık, bu kadar şarlatanlık yalnız İran Molla rejimindən beklener.