Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin İnnovativ inkişafın təşviqi sektoruna müdir təyin olunub.
"AzPolitika" "İqtisadiyyat.az"-a istinadən xəbər verir ki, bu vəzifəyə Fərid Əzizağa oğlu Vəliyev təyinat alıb.
Xatırladaq ki, F.Vəliyev 1983-cü ildə anadan olub. O, Bakı Dövlət Universitetinin "Tətbiqi riyaziyyat" ixtisası üzrə bakalavr, "İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı" ixtisası üzrə magistr pillələrini bitirib. Koreya Universitetində "Elektron hökumət", İstanbul Texniki Universitetində "Rəqəmsal transformasiya sahəsində idarəetmə" istiqamətləri üzrə sertifikat proqramlarını keçib.
F.Vəliyev Azərbaycan Mərkəzi Bankında, ASAN Xidmətdə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif vəzifələrdə işləyib. 2021-ci ildən isə Prezident Administrasiyasında çalışır.

Şərhlər
Savad, kasıb balalarının övladlarındadır- onları da vəzifəyə təyin edən yoxdur !
Axtarsan nazirlərin 90 %-i.icra hakimiyyəti. bank işçilərinin 95 %,prezidemt Aparatı və nazirlər Kabinetinin işçilərinin əksəriyyəti həqiqi hərbi xidmətdən yayınan və ya saxta hərbi bilet alanlardan ibarətir.
Bunlaı; kimlər idarələr gəzirir,vəzifələr verir.Normal insan aki təhsillə özünə ölkədə iş tapa bilmir.bunlar oyuncaq kimi idarədən iarələrə hoppandırırlar.Normaı şəxs bir ixtisasa malik olur.onu avam etdirir və bununla özünə,ailəsinə vədövlətə yararlı olur.Universitetlər gəzib,sertifikatlar toplamaq mütəxəssis olmaq deyil.Bu turizmin bir növüdür.Belə turistlərub iarə etdiyi məmləkət isə Azərbaycanın halına düşür.İnsanın bir məsləki.bir sahədə yetkinləşməsi hm özünə,həm məmləkətə fayda verə bilə0r İndi bu adam kimir və biliyi,tcrübəsi nədir?Bundan ölkə və xalq nə gözləyə bilər?Bu hallar.idarəçiliyin süqutudur.