Menu

Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndiriləcək

25.12.2024, 22:36
Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndiriləcək

Gürcüstan parlamentinin rəhbərliyi dekabrın 29-da, seçilmiş prezident Mixeil Kavelaşvilinin andiçmə mərasimi günü təhlükəsizlik tədbirlərimi gücləndirəcək.

“Report” xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.

“Bu il dekabrın 29-da Gürcüstan Prezidentinin andiçmə mərasiminin keçirilməsi üçün Gürcüstan Parlamentinin Sarayında sarı təhlükəsizlik səviyyəsi qüvvədə olacaq. Ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdırılacaq”, - məlumatda qeyd olunub.

Qanunverici orqan aydınlaşdırıb ki, xüsusi akkreditasiya almaq üçün media nümayəndələri parlamentə müraciət etməlidirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol