Menu

Qəzada həlak olanların nəşi və yaralananlar Bakıya gətirilib - FOTOLAR (Yenilənib)

26.12.2024, 20:47
Qəzada həlak olanların nəşi və yaralananlar Bakıya gətirilib - FOTOLAR (Yenilənib)

Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyyarəsi qəzasında həlak olan dörd nəfərin nəşi və yaralanan yeddi nəfər Bakıya gətirilib.

Report xəbər verir ki, AZAL-ın aviaşirkətinə məxsus təyyarə ilə gəlib.

AZAL-In təyyarəsi qəza nəticəsində yaralanan 7 nəfəri və həlak olan 4 sərnişinin nəşi Bakıya çatdırılıb.

Xatırladaq ki, AZAL aviașirkatina maxsus "Embraer 190" təyyarəsi Bakıdan Qroznı səhərinə uçarkən Aktau yaxınlığında qəzaya.uğrayıb. Təyyarənin göyərtəsində 67 nəfər olub.

***

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət almış vətəndaşlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Aktauda olan Fövqəladə Hallar Nazirliyinin xüsusi təyyarəsi ilə Bakıya yola düşüb.

Bu barədə Azərbaycan FHN-in Mətbuat xidməti məlumat yayıb.

"Vətəndaşları Qazaxıstanın Manqistau vilayəti başçısının müavini Tileqen Abişev və Aktau şəhərinin meri Abilkair Baypakov yola salıblar. Əlavə məlumat veriləcək", məlumatda deyilir.

Xatırladaq ki, dekabrın 25-də "Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.

Həlak olanlardan 26 nəfəri Azərbaycan vətəndaşıdır. Son məlumata görə, 16 nəfər Azərbaycan vətəndaşı sağ qalıb. 16 nəfərdən 10-12 nəfərin vəziyyəti yaxşıdır, digərləri isə ağır-stabil olaraq qalır. 

Xəsarət alanlar xüsusi təyyarə ilə Bakıya gətirilir - FOTO

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol