Menu

Leyla Bayramovanın nəşii ailəsinə təhvil verilib

29.12.2024, 17:00
Leyla Bayramovanın nəşii ailəsinə təhvil verilib

AZAL-a məxsus təyyarənin Rusiya ərazində vurulması və bundan sonra Qazaxıstanın Aktau limanında qəzaya uğraması nəticəsində həlak olan 1963-cü il təvəllüdlü Leyla Bayramovanın nəşi Sumqayıt şəhərinə gətirilib.

"Report"un yerli bürosunun məlumatına görə, qəzada həlak olan L.Bayramovanın nəşi ailəsinə təhvil verilib.

Hazırda onunla vida mərasimi keçirilir.

Qeyd edək ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol