Menu

Özbəkistandan Moskvaya uçan təyyarə təcili eniş edib

30.12.2024, 10:10
Özbəkistandan Moskvaya uçan təyyarə təcili eniş edib

Rusiyanın “Aeroflot” şirkətinə məxsus olan və Fərqanə şəhərindən Moskvaya istiqamətlənən təyyarə Daşkənd havalimanına təcili eniş edib.

APA-nın TASS-a istinadən məlumatına görə, bu barədə “Uzbekistan Airports” şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.

Nəticədə 1954-cü il təvəllüdlü qadın insult diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Şərhlər

Bəhram 2024-12-30 10:39:42

Ehtimal ki, MDB ərazilərində Havada Uçuş, Gəmidə üzmə həyəcanları tezliklə yaddan çıxmayacaq? Xəzərdəki Hərbi Gəmilər də qəzalı təyyarənin təhlükəsiz suya enməsi anından xilasına zəmanət vermirlərsə, onlardan Fövqəladə hallar Uçuz və Dəniz flaqmanları daha vacib deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol