Menu

Qars vilayətində mikroavtobuslar toqquşub - Xeyli insan xəsarət alıb

02.01.2025, 00:10
Qars vilayətində mikroavtobuslar toqquşub - Xeyli insan xəsarət alıb

Türkiyənin şərqində yerləşən Qars vilayətində mikroavtobusların iştirakı ilə baş vermiş yol qəzasında azı 27 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə DHA bildirib.

Agentliyin məlumatına görə, qəza axşam saatlarında yol kəsişməsində baş verib. Sərnişinlərlə dolu olan bir nəqliyyat vasitəsi Sarıkamış şəhərinə, digəri isə Kağızmana gedirmiş.

Hadisə yerinə təcili yardım xidmətinin əməkdaşları gəlib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol