Menu

Sükan arxasında infarkt keçirən sürücü ölüb

02.01.2025, 19:24
Sükan arxasında infarkt keçirən sürücü ölüb

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, 1971-ci il təvəllüdlü H.Məmmədov “Opel ” markalı avtomobili ilə şəhərdə hərəkətdə olarkən qəfildən infarkt keçirib. O, idarəetməni itirərək avtomobili yol kənarındakı dəmir ara kəsməyə çırpıb. Hadisə nəticəsində sürücü həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol