Menu

Dünyanın ən yaşlı insanı Yaponiyada vəfat edib

04.01.2025, 20:55
Dünyanın ən yaşlı insanı Yaponiyada vəfat edib

Dünyanın ən yaşlı insanı Tomiko İtuka 116 yaşında vəfat edib.

“Report” xəbər verir ki, 2019-cu ildən xanım İtukanın yaşadığı Aşiya şəhərindəki qocalar evinin nümayəndəsi “Kyodo” agentliyinə ölümün təbii səbəblərdən baş verdiyini açıqlayıb.

Tomiko İtuka 1908-ci ilin may ayında Yaponiyanın Osaka şəhərində anadan olub. 20 yaşında ailə qurub və dörd uşaq dünyaya gətirib. Tomiko İtuka 71 yaşında, 1979-cu ildə dul qalıb, lakin aktiv həyat tərzini və idmanla məşğul olmağı davam etdirib.

Tomiko İtuka 2024-cü ilin sentyabrında Yer kürəsinin ən yaşlı sakini tanınıb. O zaman onun 116 il və 116 günü var idi. Ondan əvvəl Yer kürəsinin ən yaşlı insanı ispaniyalı Mariya Branyas Morera hesab olunurdu. O, 2024-cü ilin avqustunda 117 yaş və 169 günlük yaşında vəfat edib.

Şərhlər

Nəcib Əsədullahlı 2025-01-05 12:25:30

Bəs, keçən il səs vermiş 126 yaşlı seçici azərbaycanlı xanım həyatda, ya uçotda deyilmiş?

Kirpi 2025-01-04 22:36:22

Yaxşı pensiya alırmış yəqin, yapon nənə

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol