Menu

İdmançıların hücum etdiyi şəxs DSX mayorudur - FOTO

05.01.2025, 20:32
İdmançıların hücum etdiyi şəxs DSX mayorudur - FOTO

Xəbər verdiyimiz kimi, yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, idmançıların hücum etdiyi şəxs DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalovdur.

Artıq hadisəni törətməkdə şübhəli bilinən - Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar.

Prosport.Az-ın xəbərinə görə, idmançılar arasındakı qalmaqalda kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, "Lord” ləqəbli Ramal Aslanovun da adı hallanır. O, hadisəni sifariş verməkdə ittiham olunur. Ramal Aslanovla Fuad Zeynalov eyni federasiyada işləsələr də, uzun müddətdir, aralarında soyuq münasibətlər olduğu bildirilir.

Şərhlər

Köhne 2025-01-05 21:22:49

Lord leqebli menim itim vardi.......

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol