Menu

"Ukrayna və Rusiya arasında danışıqlar ilin birinci yarısında baş tuta bilər" - "CNN"

09.01.2025, 17:22
"Ukrayna və Rusiya arasında danışıqlar ilin birinci yarısında baş tuta bilər" - "CNN"

Son ABŞ seçkilərində Kamala Harris qalib gəlsəydi belə, Ukraynada müharibəyə son qoymaq üçün danışıqların 2025-ci ilin birinci yarısında başlaması planlaşdırılırdı.

“AzPolitika” xəbər ki, bu məlumatı Amerika rəsmiləri CNN telekanalına açıqlayıblar.

“Bayden administrasiyasının nümayəndələri iddia edirlər ki, həm ABŞ hökuməti, həm də Ukrayna tərəfi ABŞ seçkilərinin nəticəsindən asılı olmayaraq, Moskva ilə danışıqların 2025-ci ilin birinci yarısında baş tuta biləcəyini gözləyirdilər”, - telekanal xəbər verir.

Buna əsaslanaraq, son hərbi tədarüklərin məqsədi “qarşıdan gələn danışıqlar ərəfəsində Ukraynanın imkanlarını gücləndirmək” olub.

Trampın Ukrayna və Rusiya üzrə nümayəndəsi Kit Kelloq "Fox News"-a bildirib ki, Trampın vəzifəyə başlamasından sonra müharibənin bitməsi üçün həll yolu tapılacağına ümid edir və bunu 100 gün ərzində həyata keçirmək planlaşdırılır.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol