Müsavat Partiyasının keçmiş üzvü Səxavət Əlisoy, partiyanın keçirməyi planlaşdırdığı mitinqi “saxtakarın növbəti şousu” adlandırıb.Hafta.az-ın məlumatına görə, S.Əlisoy bildirib ki, əslində partiya başqanının bu mitinqi təşkil etməkdə niyyəti başqadır:
“Bu gün Məhsul stadionunda saxtakar başqan Hacılının "siyasi məhbuslara dəstək" pərdəsi altında inoqurasiya-üzəçıxartma mərasimi keçiriləcək. Məhbuslara gerçəkdən dəstək verən sanballı bir Dəyirmi Masa təşkil edib, ölkənin ciddi siyasi təşkilatlarını və əcnəbi diplomat korpusunu bir araya gətirərdi.
Bunu isə etməyə saxtakarın intellektual potensialı, siyasi arenada mənfi imici imkan vermir. Problem həm də ondadır ki, onun ətrafında olanların əksəriyyəti eynən özü kimi ucuz aksiya azarkeşləridir”.
Qeyd edək ki, Müsavat Partiyası bu gün saat 15-17:00 aralığında Məhsul stadionunda mitinq keçirəcək.


Şərhlər