Almaniyanın müdafiə naziri Boris Pistorius bu ölkəyə gələcək dəstək məsələlərini müzakirə etmək və hərbi vəziyyətlə bağlı fikir əldə etmək üçün Ukraynadadır.
"Mənim üçün bu səfərlə göstərmək vacibdir ki, biz NATO-nun ən böyük ölkəsi olaraq Ukraynanı fəal şəkildə dəstəkləməyə davam edirik", - nazir Ukrayna liderləri ilə danışıqlardan əvvəl deyib.
DPA agentliyi yazır ki, bu səfər ABŞ-ın yeni seçilmiş prezidenti Trampın inauqurasiyasına bir həftə qalmış baş verir . Avropada Vaşinqtonun Kiyevə gələcək hərbi dəstəyinə şübhə ilə yanaşırlar.
Dünən Boris Pistorius Varşavada Polşa, Fransa, İtaliya və Böyük Britaniyanın nazirləri ilə Avropanın Ukraynaya dəstəyini müzakirə edib. Bu barədə Almaniya Müdafiə Nazirliyi açıqlama yayıb.
“Əgər pul və silah istehsal gücü olarsa, Ukraynanın özü ordusunu hamıdan tez silah və materialla təmin edə biləcək”, - məlumatda bildirilir.
“AzPolitika.info”


Şərhlər