Yanvarın 18-də səhər saatlarında Rusiyanın Kiyevə endirdiyi zərbələr nəticəsində 4 nəfər həlak olub, daha 3 nəfər yaralanıb. Bu barədə KGVA-nın rəhbəri Timur Tkaçenko məlumat verib.
Həlak olanlar Şevçenkivski rayonunun sakinləridir.
Bundan əvvəl Kiyev meri Vitali Kliçko qeyri-yaşayış və yaşayış binasının vurulduğunu bildirmişdi. Zərbə nəticəsində su təchizatı və “Lukyanovskaya” metrostansiyasının girişi zədələnib . Stansiya bağlanıb.
Hadisə yerində 84 xilasedici və 22 əsas və xüsusi yanğınsöndürmə-xilasetmə texnikası işləyir.
Ukrayna Hərbi Hava Qüvvələri Rusiya ordusunun ballistik silahlardan istifadə etdiyinin bildirib.
Bundan başqa, hücumlar nəticəsində Krivoy Roqda ölənlərin sayı beş nəfərə çatıb.
Şəhər Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul bu gün xəstəxanada 22 yaşlı qızın öldüyünü bildirib. Dünənki hücum nəticəsində dördü uşaq olmaqla 19 nəfər xəsarət alıb. Biri uşaq olmaqla dörd nəfər xəstəxanadadır. Yaralılardan birinin vəziyyəti ağırdır.
“AzPolitika.info”


Şərhlər
Ukraynanı aldadıb “ Qurbanlıq quzu” kimi meydanda tek qoyanlar emin ola bilerler:Putin bu ölkeni vuran qoymamış dayansn deyil. ve neticede bu işin teşkilatçıları Hitlere rehmet oxuyacaqlar.