Menu

Bələdiyyə seçkilərinin nəticələri həmin gün və ya bir gün sonra açıqlanacaq

20.01.2025, 12:30
Bələdiyyə seçkilərinin nəticələri həmin gün və ya bir gün sonra açıqlanacaq

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinin bütün nəticələri həmin gün axşam və ya ayın 30-u açıqlanacaq.

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bütün bələdiyyələrin ərazilərində tanınan şəxslər öz namizədliklərini irəli sürüblər:

"70 mindən artıq müşahidəçi seçkiləri izləyəcək. Min məntəqədə kamera quraşdırılıb. Yanvarın 29-u axşam və ya 30-u bütün nəticələri açıqlayacağıq".

MSK sədri əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə bu dəfə bələdiyyə seçkiləri keçirilməyəcək.

Şərhlər

Vətəndaş 2025-01-20 14:02:20

Açıqlansa nə olacaq,açıqlanmasa nə olacaq?Sanki bunun bir mənası var.Adı seçki.özü əvvəldən tərtib olan siyahı təsdiqi!Ölkədə seçkiyə gedənlərin sayına,tplu büllütün,bir şəsin bir neçə məntəqə gzirilib dəələrəss verməyə daşınmalarına.ölkə əhalisinin doğru sayına.seçici siyahilərinin dürüstlüyünə ! Bunu MSK-nın tərkibi və onların əməlləri əyani sübut edir Baxın Milli məclisə,"deputat"yazdıqlarına.iqqət edin igər "seçkilərə" !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol