Menu

Azərbaycan neftinin qiyməti 62 dollara düşdü

15.12.2014, 09:32
Azərbaycan neftinin qiyməti 62 dollara düşdü

Dünya bazarında Azərbaycan neftinin qiyməti yenidən aşağı düşüb.

Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən fins.az-a verilən məlumata görə, dekabrın 12-də London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı neftin 1 barreli 62,94 dollara satılıb.

Bu, dekabrın 10-da qeydə alınmış qiymətdən 2,16 dollar azdır. Xatırladaq ki, 2014-cü ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 100 dollar nəzərdə tutulub.

AzPolitika.info-nun məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 58.24 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.61 dollar bahalaşaraq 62.46 dollar olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol