Menu

Zelenskiyə inam azalıb – Ukraynalılar onu lider görmək istəyirlər

22.01.2025, 17:12
Zelenskiyə inam azalıb – Ukraynalılar onu lider görmək istəyirlər

Ukraynada keçirilən son sorğunun nəticələri açıqlanıb.

“AzPolitika” xəbər verir ki, “Socis” mərkəzinin 5-11 dekabr 2024-cü il tarixində keçirdiyi sorğuda 18 yaşdan yuxarı 2000 ukraynalı iştirak edib.

Respondentlərin 36,1%-i yaxın gələcəkdə prezident seçkiləri keçiriləcəyi halda Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeriy Zalujnının lehinə səs verəcəklərini bildiriblər. Hazırkı prezident Volodimir Zelenski isə 24,3%-lə sıralamada ikinci yerdədir.

Ukraynalıların 10%-dən azı isə keçmiş prezident Petro Poroşenkoya və ya müstəqil millət vəkili Dmitri Razumkova səs vermək niyyətindədir.

Reytinqdə daha aşağı yerlərdə Yuliya Timoşenko, könüllü və siyasi fiqur Sergey Pritula, Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov, "Azov" taburunun yaradıcısı və ilk komandiri Andrey Biletski, Kiyev meri Vitali Kliçko və "Avropa Həmrəyliyi" Partiyasının millət vəkili Aleksey Qonçarenko yer alır.

Bundan əlavə, hipotetik seçkilərin ikinci turunda Zalujnı Zelenskini əhəmiyyətli fərqlə qabaqlaya bilib - 68.4%-ə qarşı 32.6%. Eyni zamanda, Zalujnı namizəd olmadığı halda və Zelenski ilə Poroşenkonun ikinci tura keçməsi halında respondentlərin 66,7%-i Zelenskini seçəcəklərini deyiblər.

Qeyd etmək lazımdır ki, ukraynalıların əksəriyyəti (61.1%) hərbi vəziyyət başa çatmadan seçkilərin keçirilməsinə qarşıdır.

“AzPolitika.info”

Şərhlər

Cəmşid Dərələyəzli 2025-01-23 10:02:08

24.02.2022-ci ildə Rusiya Ukrayna müharibəsi başlayandan səhv etmirəmsə 10 gün sonra Zelenskinin regonal dövlətlərin, xüsusən də Rusiyanın maraqlarını heçə sayıb, tamamilə Qərb yönlü siyasət yürütməsinın Ukrayna və ukraynalılar üçün bedelinin çox ağır olacağı barede metbuat da geniş bir yazı verdim. Təssüf ki, o zaman çoxları tərəfindən qınanıldım və hətta məni Rusiya yanlısı adlandıranlar belə oldu. Hansı ki, mən gerçəyi söyləmişdim Buyurun müharibənin başlanmasının bir aydan sonra üç ili tamam olur. Təkirar edirəm, unutmamalıyıq ki, əgər hər hansı bir dövlət regonal dövlətlərin, xüsusən də böyük dövlətlərin maraqlarını diqqete almadan addım atarsa təbii ki bu onun üçün fəlakıt olar. Necəki də Ukrayna üçün oldu. İndi söz ukraynalılarındır. Zelenskini seçmelerinin bedeli onlar üçün çox ağır oldu. Umarıq bu defa yanılmazlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol