Bəxtsizlikdən uduzmaq olar. Amma bir dəfə, iki dəfə, üç dəfə... Dəfələrlə, ardıcıl, durmadan yox. Təəsüf ki, “Qarabağ” son dövrlərdə göstərdiyi futbolla və əldə etdiyi nəticələrlə onu sevən, dəstəkləyən azarkeşlərini qətiyyən sevindirmir, əksinə...
Bunun baş məşqçi tərəfindən hər dəfə bəxtsizliklə izah edilməsi isə məğlubiyyətin gətirdiyi məyusluğu daha da artırır. Avropa Liqasının Liqa mərhələsinin VII turunda Bakıda Rumıniyanın FCSB klubuna uduzan "Qarabağ"ın 36 komanda arasında 34-cü yerdə olmasının səbəbini və günahını təkcə futbolçularda və baş məşqçidə axtarmaq əlbəttə ki, düzgün olmaz. Ən azından ona görə ki, komandada ciddi oyunçu çatışmazlığı hiss olunur...
“Qarabağ” son zamanlar öz oyunları, performansı ilə deyil, “sərfəli oyunçu alveri” ilə daha çox gündəmə gəlir. Brazilyalı Juninyonun 5 milyona braziliyalılara satılması ətrafında lətifələr dolaşır. Budurmu “Qarabağ”a yaraşan? Yəni, kliub ətrafında qeyri-ciddi bir mühit formalaşır və təəssüf ki, baş məşqçinin açıqlamaları, eləcə də klub rəhbərliyinin etinasızlığı bu qeyri-ciddiliyi daha da artırır...

Son satışlardan milyonlar qazanan klub rəhbərliyi nədənsə satılan futbolçuların yerini doldura bilmir. Ya da bunu istəmir. Bir neçə ildir ki, komandaya normal qapıçı da gətirə bilmirlər. Görəsən niyə? Ortada bir səviyyəli qapıçı gətirsələr də, qısa müddət sonra deyilənə görə, pulda anlaşa bilmədikləri üçün klubdan getdi. Mövzu puldursa, pul qazanmaqdırsa, klub rəhbərliyi çıxıb bunu açıq desin, yalançı şüarlarla baş qatmasın. Yoxsa, klub sahibi pul, azarkeş isə can hayındakı kimi görünür...

Azarkeşlərə klub rəhbərliyinin Qarabağa, vətənə dair şüarlarındansa, “Qarabağ”ın meydançada yüksək səviyyəli futbolu, uğurları, qələbələri lazımdır. Biz isə əvəzində bir arxayınçılıq, etinasızlıq, biganəlik görürük. Getdikcə sayı durmadan azalan qələbələrdən əvvəlki coşqunu, sevinci görmədiyimiz kimi, sayı artan məğlubiyyətlərdən də üzüntünü, məyusluğu və bundan irəli gələn hirsi, qələbə istəyini görmürük. Bunları kim söndürüb, hardan söndürüb, niyə söndürüb, anlamaq olmur...

Bu yazılanlar bir peşəkar futbol şərhçisinin münasibəti yox, sıravi azarkeşin qəlbinin harayıdır. O, futbolun dərinliklərini, nə baş verdiyini bilməyə, bu baxımdan səhv edə bilər. Lakin onu nə pul, nə karyera, nə də “Qarabağ” rəhbərliyinin maddi maraqları, hansısa intriqaları və s. maraqlandırmır. Onu sadəcə, əvvəlki “Qarabağ”ı görə bilməməsi yandırır və o, bunun səbəblərini anlamağa çalışır...
Qarabağı 30 ildən sonra qaytardıq, böyük qanlar, itkilər hesabına. “Qarabağ”ı qaytarmaq hər halda, bu qədər çətin olmamalıdır. Sadəcə, əvvəlki ruh, istək, eşq və bir də klub rəhbərliyinin öz vicdanı ilə qabaq-qabağa oturub yaxşı-yaxşı danışması lazımdır...
C.Məmmədov
“AzPolitika.info”

Şərhlər
Nərimanın qoyduğu nöqtəni unutmaq olmaz Bragayla oyunda vurduğu qoldan sonra əksəriyyətimiz ağlayırdı xatırladım
Mence qarabag oz menbeyine,yeni Xankendine qayitmalidir
Qarabag yeterince sevindirib bizi.sadece indi biraz yerli oyuncularin umidine qaldi deye tebii olaraq zeifleyib.neftcini yeyib bitirdiler sabahda rus sevdasi imkan vermir inkisaf elemeye zirede ki 10 oyunnan 9unu 0-0 oynayir.ona gore de qarabagimiza sahib cixmaliyiq eminem ki bir iki legioner getirse her sey duzelecek. ancaq bir sey melumdu ki neriman axundzade kimi hucumcu ile avropada ugur qazanmaq mumkun olmayacaq
Qurban muellim ne qederde mohtesem bas mesqci olsa da bir seyi basa dusmelidi ki neriman axundzadeden musa qurbanlidan hec vaxt bir juninyo duzelde bilmiyecek onlari ancaq kepezle sebaille oyunlarda oynatmaq olar avropa onlar ucun deyil.bizimkilerinki ayda 10min maas alana qederdi onnan sonra futboldan basqa her sey yada dusur.biri ferma acir biri moyka acir.usaq futboluna dovlet seviyyesinde yatirim edene kimi ancaq legionerlere ustunluk vermek lazimdi
yaxşı futbolçu gətirmək olurmu
AXI QARABAĞ QURBAN QURBANOV NƏ QƏDƏR AZƏRBAYCANIN BƏRBAD FUTBOL İDARƏÇİLİYİNİN YÜKÜNÜ ÇİYNİNDƏ DAŞIMALIDIR.NEFTÇİ VƏ DİĞƏR KLUBLAR HANSI XEYRİ VERİBLƏR AZƏRBAYCAN FUTBOLUNA.QURBANOV GETSƏ QARABAĞ DA OLACAQ NEFTÇİNİN TAYI.ONDA HAMI RAHATLAŞIB OTURACAQ YERİNDƏ.
Düzgün yazıb.Oyunçu satmaqdan əvvəl onun yerinə daha güclüsünü tapıb sonra satmaq lazımdır.Bu gün “Qarabağ”da nə yaxşı qapıçı var,nə mərkəz müdafiəçisi , nə də ən əsası qol vuran hücumçu.
Salam. Gözäl mäqälädir....