Menu

Azərbaycanda bələdiyyə seçkilərində səsvermə başlayıb

29.01.2025, 08:32
Azərbaycanda bələdiyyə seçkilərində səsvermə başlayıb

Azərbaycanda seçki məntəqələri bələdiyyə seçkilərində səsvermə üçün açılıb.

“Report” xəbər verir ki, səsvermə saat 19:00-a qədər davam edəcək.

Seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilir. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.

Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.

MSK sədri Məzahir Pənahov qeyd edib ki, seçici aktivliyi haqqında saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da məlumatla canlı yayımlanacaq.

Qeyd edək ki, seçki ilə əlaqədar ölkədə qeyri-iş günüdür.

Şərhlər

Vətəndaş 2025-01-29 15:50:30

Seçkiyə gedən var? əhər sükutda,insanlar hərəsi öz işində.Nə seçki?Belə seçki olur?Namizədlərini tanımayan kimə səs verr? Onları tanıtdırmayan MSK-nı sayan var?Hamı saxtakardan uzaq durub.Sabah yazacaqlar ki,seçki baş tutdu,nə bilin nə qədər insan guya səs vermə nəntəqələrinə axın etdu.Absurd!...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol