Menu

Səlim Müslümov daha bir məmuru işdən qovdu

21.11.2013, 16:38
Səlim Müslümov daha bir məmuru işdən qovdu

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun sərəncamı ilə daha bir məmur işdən azad edilib.

Avropa.info-nun əldə etdiyi məlumata görə, nazirin bu gün imzaladığı sərəncamla İmişli rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini Firuz Ləzimov işdən azad edilib.

Qeyd edək ki,bir müddət öncə Firuz Ləzimov vətəndaşlara verilən saxta kartlarla saxlanılmışdı. Hətta bu haqda məıtbuat da yazmışdı. Sonradan hansısa səbəblərdən Firuz Ləzimov məsuliyyətdən yayına bildi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol