Menu

ADNSU-nun yeni rektoru kollektivə təqdim olunub

04.02.2025, 13:28
ADNSU-nun yeni rektoru kollektivə təqdim olunub

Elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yeni rektoru Rüfət Əzizovu təhsil müəssisəsinin kollektivinə təqdim edib.

Universitetdən verilən məlumata görə, nazir Rüfət Əzizovun elmi, pedaqoji fəaliyyəti haqqında iştirakçılara məlumat verib.

E.Əmrullayev bundan əvvəl R.Əzizovun Sumqayıt Dövlət Universitetinin rektoru olduğu qısa müddət ərzində həmin universitetin əldə etdiyi uğurlardan bəhs edərək onun ADNSU-ya rəhbərliyi dövründə istər tədris, istərsə də elm sahəsində ciddi nailiyyətlər əldə olunacağına əminliyini vurğulayıb.

Rektor universitetin daha da inkişaf etdirilməsi istiqamətində çalışaraq dövlət başçısının etimadını doğruldacağını vurğulayıb.

Rüfət Əzizovun ADNSU-ya rektor təyinatınadək təhsil müəssisəsinin rektoru səlahiyyətlərini icra edən, hazırda isə fəaliyyətini strateji məsələlər üzrə prorektor qismində davam etdirən dosent Vazeh Əskərov ötən müddət ərzində görülmüş işlərə görə kollektivə təşəkkürünü bildirib.

Qeyd edək ki, fevralın 3-də Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, R.Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilərək ADNSU-ya rəhbər təyin edilib.

Şərhlər

Elşən 2025-02-04 20:04:20

Bunların ehtimalı nədir tələbələri kəsib ikinci dəfə imtahana cəlb edərək təhsil büdcəsini doldurmaq ya həqiqətən lazımı ixtisaslar üzrə dərs və praktika keçməklə təhsil vermək xarici ölkələr kimi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol