Menu

“Razi kimdir, mənim haqqımda danışsın?!” – SİYAVUŞ NOVRUZOV

04.02.2025, 20:10
“Razi kimdir, mənim haqqımda danışsın?!” – SİYAVUŞ NOVRUZOV

"Razi kimdir axı, mənim haqqımda danışsın?!"

Bunu həmkarı Razi Nurullayevin sosial şəbəkədə onun haqqında yazdıqlarına cavab olaraq deputat Siyavuş Novruzov deyib. O, bu barədə "yenicag.az" saytına açıqlamasında danışıb. 

“Razi kimdir, mənim haqqımda nəsə desin, yazsın. Heç oxumamışam. Əşi nə danışır, danışsın da. Mənə qlobal məsələlər haqqında sual verin. Razinin nə dediyi, nə yazdığı mənə maraqlı deyil. Onun haqqımda nəsə yazdığını eşitmişəm, oxumamışam, vecimə də deyil. Elə belə də yazın. Mənə qlobal, vacib məsələlər haqqında soruşun, Razi haqqında yox!”

Xatırladaq ki, deputat Siyavuş Novruzovun İmişli hadisələri ilə bağlı Milli Məclisdə etdiyi çıxışdan sonra həmkarı Razi Nurullayev sosial şəbəkə hesabında bunları yazıb: "Mənim hər bir məsələ ilə bağlı öz baxış bucağım var. Sözümü də özüm deyirəm. Hər kəs də bilir ki, hansı cəsarətin sahibiyəm. İmişli hadisələri ilə bağlı rayon rəhbərliyinə daxil olan şəxslərlə, o cümlədən başçı və polis rəisi ilə də söhbət etmişəm və yenə də edəcəyik, müzakirələr aparacağıq. Həbsdə olanların azadlığa çıxması ilə bağlı da əlimizdən gələni edirik və edəcəyik.

Amma Siyavuş Novruzovun bugünkü çıxışında "İmişli deputatatları ilə söhbət etmişəm, onları mənə deyib" fikri tam olaraq kökündən yanlış idi. Sözünüzü demək istəyirsiniz, kişi kimi deyin, daha başqalarının kölgəsinə ehtiyac duymayın".

Şərhlər

Cиягуша 2025-02-05 10:48:51

Çobanlıqdan gəlib adam oldun ? Bir güzgüyə bax,gör nəyə.kimə oxşayır!!

Mehman 2025-02-05 09:31:24

Məndən qlobal məsələlər barəsində soruş. ALLAH güldürsün məni nə qədər güldüm.

Köhne 2025-02-05 00:36:34

BIR BEZIN QIRAQLARI.....

Vətəndaş 2025-02-04 23:53:32

Bunların heç biri şəxciyyət deyil və ola da bilməzlər.Onların ictimaiyyətdə nə hörmətləri var ki,?axta ceçkilərlə onları deputat qayırıb.oturdublar MM-də.Guya onları şeçən olub?Məzahirin rılaq deçki ajiojqjının nəticələridir.

Mahir 2025-02-04 21:36:59

Qlobal Siyavuş..... Kül o qlobalın təpəsinin tən ortasına ki, onunla Siyavuş məşğul olurmuş.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol