Macarıstan Baş naziri Viktor Orbanın atasının adına Avstriya-Macarıstan dövründən qalan nəhəng bir malikanə üzə çıxarılıb.
“AzPolitika” xəbər verir ki, Macarısatn parlamentinin müxalif deputatı Akoş Hadhazi bu barədə məlumat və video paylaşıb.
Hatvan şəhərciyindəki malikanə 15 milyon avroya alınıb və onun bərpasına əlavə 30 milyon avro pul xərclənib. Bu malikanə Orbanın rəsmi bəyannaməsinə daxil edilməyib.
Pilot lisenziyası olan müxalif siyasətçi və “France 2” televiziyasının heyəti sözügedən mülkü havadan lentə alıb. Müxalif siyasətçi deyib ki, “Viktor Orban Avropanın ən korrupsioner siyasətçisidir, o, artıq çox şey oğurladığı üçün getdikcə daha çox yalan danışmağa məcburdur”.
Malikanəyə xərclənən vəsaitlərin mənbəyi naməlum olaraq qalır. Sənədlərə görə, qala Orbanın 84 yaşlı atası Balint Gyozsoya məxsusdur. Qalanın yaşayış sahəsi təxminən 6000 kvadratmetr olaraq qiymətləndirilir və əraziyə bir neçə üzgüçülük hovuzu, xurma bağı, yeraltı qaraj, nəhəng kitabxana və nəhəng tədbir zalı daxildir.
Macarıstanın baş nazirinin özünün isə rəsmi bank hesabında cəmi 14 min avro pulu və iki sadə mənzili var.
“AzPolitika.info”


Şərhlər
Qərbin mənasız və iki başlı siyasətinə zidd gedən bu adamı sadəcə ləkələmək üçün seçilən usullardan biridir,burda maraq doğuran odurki,qərb sosialistlərin sərt qərarlarını daim tənqid edirlər amma elə sosialistlərin apardığı şantajlarlada istəmədiklərini tənqid edirlər,bu usul çox sadə və primitiv bir usuldur.
Sən demə, Cəmiyyətə qayğıkeş fəallığı ilə seçilənə qisqanc, qara-piar və *vedrə bağlama* münasibətləri tək bizim ölkəmizdən qalan dünyada da varmış?
Dünyanı bir qrup başdan xarab manyak idarə edir Allah insanların aqibətini İNSALLAH xoş edər!!! AMİN!