Menu

"SAHİL BABAYEVİN BAŞINA OYUN AÇIRDILAR..." - "O pullar gözbəbəyi kimi qorunmalıdır"

08.02.2025, 01:03
"SAHİL BABAYEVİN BAŞINA OYUN AÇIRDILAR..." - "O pullar gözbəbəyi kimi qorunmalıdır"

“Onlar nazirliyə gələndə pensiya 110 manat idi, indi minimum pensiya 320 manatdır”

“Oğlum Anar Əliyevin əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunmasını çox müsbət qarşılayıram. Buna görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə təşəkkür edirəm”.

“AzPolitika” xəbər verir ki, bunu "Teleqraf"-a açıqlamasında fevralın 7-də əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunan Anar Əliyevin atası, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru Rəhim Əliyev deyib.

O, övladının dövlət qulluğunda yüksəlişi tarixinə toxunub: “Oğlum hazırda maliyyə naziri olan keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə birlikdə işləyib. Sahil Babayevin başına oyun açırdılar, gördükləri işlərin əleyhinə yazılar yazdırırdılar. Amma onlar öz bildikləri düz yolla getdilər və böyük işlər gördülər. Onlar nazirliyə gələndə pensiya 110 manat idi, indi minimum pensiya 320 manatdır. Bu nailiyyətdir, hamısı da nazirliyin daxili büdcəsi hesabına başa gəlib”.

R.Əliyev bildirib ki, oğluna inamı böyükdür:

“İnanıram ki, Anar Prezident İlham Əliyevin onlara həvalə etdiyi bu xətti davam etdirəcək. Bu heç də asan deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin pulu camaatın puludur. O pullar gözbəbəyi kimi qorunmalıdır.

Anarın nazir təyin olunacağı ilə bağlı gözləntim var idi. Amma xəbəri bir saat olar gördüm. Görən kimi də zəng edib Anarı təbrik etdim”.

Qeyd edək ki, Prezident İlham Əliyevin fevralın 7-də imzaladığı sərəncamla Anar Rəhim oğlu Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib. 1980-ci il təvəllüdlü A.Əliyev bu təyinatadək nazir müavini postunda çalışıb.

Şərhlər

Rəhim bəyə 2025-02-14 16:20:58

Babayevin başına oyun açmaq yox,onu qovnaq lazımdır.

Aksioma 2025-02-13 16:06:30

Nə qədər ki,Prezident Aparatı,Nazirər,Icra başçıları erməni milli qarışıqlardan təmizlənmirAzərbaycanda Azərbaycan türkünün həyatı acınacaqlı olacaq.Dünya bilir ki,ermənilər uzun illərdir türkün düşməni titulunu mənimsəyiblər və düşmənçilikləri davam edir.

Azərbaycanlı 2025-02-12 13:47:29

İnsanda gərək vicdan ola. Əgər o yoxdursa ağzına nə gəlsə danışacaq

İ.Mustafaoğlu 2025-02-11 21:21:47

Rəhim müəllim məlumat üçün bildirirəm ki, ƏƏSMN-i ölkəmizdə sosial narazılıqları yaradan nazirliklərdən biridir, çünki kadrlar vətəndaşların müraciətlərinə obyektif cavab vermirlər, süründürməçiliyə yol verirlər. Ona görədə Nazirlikdə köklü kadr islahatları aparılmalıdır, birinci növbədə Pensiya təminatı departamentinin müdiri Eyvaz İsmayılov tutduğu vəzifəsindən işdən azad olunmalıdır. Bir il müraciət etməyimə baxmayaraq Eyvaz İsmayılov tərəfindən müraciətimi araşdılrıb qanuni tədbirlər görmək əvəzinə yanlış cavab verməkdən kəçinmir, mənəmliyi hökm sürür... 40-ilə yaxın əmək stajım olmasına baxmayaraq Eyvaz ismayılov tərəfindən mənə 300 manat pensiya təyin olunmuşdur. Bu nazirlikdə məmur özbaşnalığı hökm sürür.......?

Nihad Əsədov 2025-02-10 17:23:53

Atam 40 il müəllim uşlədi. 65 yaşinda pensiya çixdi çemi 6 ay pensiya aldı sora vəfat etdi. Hanı bəs 40 il dovlete, pensiya fonduna ödədiyi pullar? Niyə verilmir. Vicdaniniz olsun. Ay alim araşdirsaq villanizi evlerinizi, xarici maşinlarinizi hardan almısız sualına nə cavab vereceksiz. Allah bu millətin haqin yeyən sahil babayev qarişiq bütün vicdansız memururlarin cezasın versin haraminiz olsun. Dilençi günündə yaşiyiriq işsizlik baş alıb gedir ruşvetdende heç danişilasi deyil. Onsuzda oğlun nazir müavini oldu bir ....dərman olmadı qaldı ki nazir olub millətə gün ağlasin. Ən azından samid dur camaatı qiciqlAndirma. Öz dərdimiz özümüzə besdi

Fuad 2025-02-10 17:04:46

....Yalanlardan hamı beib,televiziyaların xəbər proqramlarına baxan var?Bilirlər ki,əsas xəbərlər yalandan başlayır.

Molla Nəsrəddin 2025-02-10 10:46:36

Sən get şeirini yaz. . Sən hara maliyyə hara..

Rey. 2025-02-09 16:39:09

Ne qeder nadan olasan ki....

Watchman 2025-02-09 14:53:49

Danışığına bax... Bu da savadlı "alimimiz"

Aşur 2025-02-09 14:14:03

1 ildirki sosial düzəldmək isdiyirəm amma düzəldə bilmirəm, il ərzində 2 dəfə gəliblər evə məişət yoxlanışına, eblə vaxdı gecikdirirlər insanlara əzyət elıməydən başqa birşey bilmirlər

Vətəndaş 2025-02-09 13:58:50

Pensiya nazirliyin daxili büdcəsi hesabına verilmir, dövlət büdcəsindən verilir. Pensiyaçıların onillikləilə işləyib ödədikləri vəsaitlərdir.
Alimə bax.

Müşfiq 2025-02-09 11:54:35

Bu nə məntiq, bu nə danışıqdır danışır. Bunu hər hansı bir sıravı adam danışsaydı yenə də başa düşmək olardı, bu da bizim elm adamımız, filoloq. Nə deyəsən.

Orxan 2025-02-09 11:33:18

Sanki nazir oğlu yox özü təyin olunubmuş kimi danışır və belə görünür ki nazirliyi oğlu yox bunun özü idarə edəcək çox yersiz bir açıqlama verib

Firdöci 2025-02-09 11:10:55

Bu adam alim olub elmə hanı töhfəni verib?Onun adını xalq araında,elm adamları araında eşidən.görən varmı?Yalandan özərini plaqiatla alim qayırıb dövlətən xalqın pulunu mənimcəyirlər.Yox əgər bir elmi nəticəi.kəşfi,yenilik gətiribcə açıqlaın.Yoxca alim şkuracında gizlənmək ayıbdır.

Cavad 2025-02-09 10:58:18

Bunun bir cifətinə diqqətlə baxın... Bunları kimlər tapıb ortaya çıxarı?

İmran 2025-02-08 23:53:04

Nə vaxtdan Azərbaycanda pensiyaları nazir qaldırır?

Varlı xalqın kasıb nümayəndəsi 2025-02-08 19:03:18

Mişoxun biri doldu getdi bu mişox dolana qədər bir azda döz mənim dözümlü xalqım

kasıb 2025-02-08 12:54:41

Bunlar bu xalqın..................dir

Vətəndaş 2025-02-08 12:05:28

Görəsən bu "Alim" pensiya 110 manat olanda mallarin qiyməti ilə 320 manat olanda mallarin qiyməti arasinda ferqi görmə qabiliyyətinə malikdimi?

Mahir 2025-02-08 11:53:16

"Anarın nazir olacağı ilə bağlı gözləntilərin vardı" ?????? Bu cümlə bir daha sübut edir ki, nazirlikləriniz məhlə uşaqlarının birliyindən formalaşır. İkincisi də bu alim hər ay qazancından məcburi dövlət sosial sığortası ödədiyi halda hələ də anlamayıb da ki, o pullar vətəndaşın pullarıdır dövlətin yox, daha mən belə alimə, nazir atasına nə deyim, nə deməyin... "Bərəkallah" deyim bəsdir...

Mahir 2025-02-08 11:45:18

Elə ağızını ilk açanda "aliliyi" bəs bəlli oldu. "Alim" əfəndi o pullar insanların gəlirlərindən toplanır ki, qocalanda onlara pensiya şəklində qaytarılsın. O pullar insanlarındır. Yəni əmin ol ki Anarın dədəsinin pulları deyil. Bəzi ölkələrdə heç nazirlikdə yoxdur. Sadəcə sığorta pulları banka yığılır və pensiya yaşı tamam olanda verilir. İnsan istəsə heç pensiyaya çıxmamışdan da ala bilər. O pulları göz bəbəyi kimi qorumalı yox normal pensiya verməlidir ay ,,,"Alim"

Peniyaşı 2025-02-08 11:38:53

Yaltaqlıq və yalan hökm edən məmləkətdə ölkə uçuruma,vətənaşları məhv yuvarlandırılır. Bunu hər gün hər yüedə görmək olur.Çarəi Allaha qalıbBabayevə peniyaçılar lənət oxuyur.İndi maliyyəni bu hala gətirmək üçün yeri dəyişilib

ƏDALƏT 2025-02-08 11:17:42

Sən 320 manatla dolana bilərsən 1 ay ?

Elxan 2025-02-08 10:41:41

Pensiya nazirliyin daxili budcesi hesabina galxib...buda bizim alimin dediyi fikir. Hele bu bilmir ki,hemin nazirlik istehsalnan ve kommersiya ile meshgul olmur ki, onun daxili budcesi olsun

Cəmşid Dərələyəzli 2025-02-08 08:51:11

Azərbaycan xalqı tarixdə bunun da şahid oldu..Yəni .... Belə ki, Ölkə Başçısının yürütdüyü sosial siyasətlə nail olduqlarını oğlunun adına çıxır. Pəs vallah..

ramin 2025-02-08 07:29:06

mən özüm 150 manat pensiya alıram , 320 azn qocalar alır o məbəğlə dolanmaq olar?!

musa 2025-02-08 06:25:24

dede balası geldi?

ƏNHU 2025-02-07 22:56:13

A kişi bəlkə Tarqovlinin ortasında nəzir paylayıb bir çalıb-oynayasan da.

A zər 2025-02-07 22:36:19

Utanıb yerə girmək lazımdır.bunun danışmağına bax.bu sərvətlər 320 yox,ay müəllim 3.200 manat olmalıydı pensiya

Nazim 2025-02-07 21:03:19

Məqaləni oxudum,Təklif edirəm onlara Milli qəhrəman adı verilsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol