Menu

“Turan” Prezident təyyarəsi haqda xəbərə görə üzr istədi

08.02.2025, 20:35
“Turan” Prezident təyyarəsi haqda xəbərə görə üzr istədi

Fevralın 5-də Turan İnformasiya Agentliyi “Azərbaycan Prezidentinin təyyarəsi Rusiya üzərində GPS problemləri ilə üzləşdi, araşdırma təsdiqləyir” başlıqlı məqalə dərc edib.

"AzPolitika" xəbər verir ki, Agentlik həmin məqalə ilə bağlı təkzib verib.

Təkzibdə deyilir: “Məqalədə iddia olunur ki, Azərbaycanın rəsmi prezident təyyarəsi Bakı-1, guya 25 dekabrda Sankt-Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitinə uçuş zamanı xarici texniki maneələrlə qarşılaşıb.

Turan İnformasiya Agentliyi bəyan edir ki, bu məlumat həqiqətə uyğun deyil. Məqalə təsdiqlənmiş faktlara və ya hər hansı rəsmi araşdırmanın nəticələrinə əsaslanmır, əksinə, 25 dekabr 2025-ci ildə Qroznı üzərində AZAL təyyarəsi ilə bağlı hadisələrdən təsirlənən müəlliflərin subyektiv yozumudur. Agentlik oxucularından bu səhvə görə üzr istəyir”.

Şərhlər

Nadir 2025-02-08 19:37:57

Yazıq "Turan" Niyə" yalan" məlumatı verdin.İndi cavab ver,

ƏNHU 2025-02-08 15:11:16

Mən bir oxucu olaraq təkzibə yox, ilkin versiyaya inanıram. "Turana" təzyiq edildiyini düşünürəm. Əslində isə daha nə doğruya, nə də yalana inanmırıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol