Menu

“İnsanlar quzu əti çox yeyir, heyvanlar artmır” - EKSPERT

08.02.2025, 16:37
“İnsanlar quzu əti çox yeyir, heyvanlar artmır”  - EKSPERT

Son dövrlərdə ölkədə iri və xırda buynuzlu heyvanların sayında kəskin azalma müşahidə olunur.

Mövzu ilə bağlı kənd təsərrüfatı üzrə ekspertlər Modern.az-a bildirib ki, bunun əsas səbəbi ət istifadəsinin çox olmasıdır.

Qeyd edilib ki, heyvanlar çəkiyə dolmamış kəsilib ətindən istifadə edilir: “İnsanlar quzu əti yeməyə çox üstünlük verir ki, bu da heyvanların baş sayının artmasına imkan vermir. İllərlə əhalinin sayının artması, ətə olan tələbatın çoxalması səbəbindən heyvanların sayı artmır. Bununla bağlı maarifləndirmə tədbirləri aparılsa da, təəssüf ki, müsbət nəticəsinə rast gəlinmir”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 6850,2 min baş qoyun və keçi, 2459,7 min baş iribuynuzlu mal-qara, o cümlədən 1223,1 min baş inək və camış mövcud olub. 2025-ci il yanvarın 1-i vəziyyətinə donuzıların sayı 3 103 baş olub.

Rəsmi statistikaya görə, ölkədə xırda və iribuynuzlu mal-qaranın sayı ötən illə müqayisədə azalıb. Belə ki, bu azalma həm inək və camışların sayında (ötən il 1 235,1 baş olub), həm də qoyun və keçilərin sayında (ötən il 7 060,6 baş olub) özünü göstərir.

Azalma eyni zamanda donuzların da sayında baş verib (ötən il 4 828 baş olub).

Qeyd edək ki, son vaxtlar Azərbaycanda ət bahalaşmağa davam edir. Hazırda mal ətinin qiyməti 15-16 manata satılır, qoyun ətinin qiyməti isə 20-24 manat arasında dəyişir.

Şərhlər

B.Kolxozdar 2025-02-09 10:30:20

Ölkənin tələbatını elə İmportnı ekspertlərlə MM və dövlətin müəyyən etdiyini yada salıblar. Cəmi 15, ya 5% payla dünyəvi Neft harayımız sanki, işğalımızı unutdurmaqla 2031ə qədər təminat versə də, 2018də bitdi? Həmin dövrə qədər biz neftə çalışmış işçilərimiz və 44% kənd əhalimizlə hansı sahələr üzrə tam təminat yaratmışıq?

Kohne 2025-02-09 00:21:34

Qoyun...

Elxan 2025-02-08 19:58:04

Bunu deyen hansi goyun ekspertdir? İnsanlar əvvələr taxta yeyirdi? Taxta şalban üzrə bu ekspertdə deyin ki, əvvəllər ət kg 3-10 manat olanda, insanlar ət yeyirdi yoxsa taxta, kagiz? Bunun səbəbi insanlarin cox goyun ət yeməsi ilə əlagəndirmək yanlişdir. Bunun səbəbi kənd camaatinin təmbələşməsi, şəhərə axin etməsi, mal gara saxlamagin xərc tələb etməsi və ən başlicasi heyvanlari yemləmək ücün otlag torpaglarinin ganunsuz özəlləşdirilərək başga təyinat üzrə istifadə edilməsidir!!!!!!

Millət 2025-02-08 19:31:44

Ətin gündən günə bahalaşdığına görə, .maaş və müavinətlərin aşağılığı üzündən millət ət ala bilirni ki?

Ekcpert-ə 2025-02-08 19:27:16

Bu adam nədən danışır?Otlaq yerlərini icra başçıları.deputatlar və digərləri özəlləşdirub məniməyəndə,kəndli üçün bütün şəraiti məhv edəndə maldarlıq necə və harada inkişaf edə bilər?Ölkə əraziinə otlaqlar,əkun yerləri lazımız bağ üçün,kommeriya üçün paylanand ,kənd əhakiinin yaşam şəraitini,imkanını ağırlaşdıranda nec olmalı idi ki? İşizlikdən,dolama çətinliyindən kən əhalii şəhərlərə üz tutanda bunu məlo olan ağıllı harada yatmışdı?

Murad 2025-02-08 18:05:43

Saxtakarlıq statistikadır. Əhalidə olan iri və xırda buynuzlu mal qaranın uçotunu aparan müvavir qurumlar vaxtaşırı verdikləri məlumatları tavana baxıb yazırlar. İcra nümayəndələrinin heç biri bunun satılmasını təşkil edə bilmir və etmir də. Sadəcə əvvəl verdiyi məlumatlara baxıb bir az çox bir az az yazıb statistika idarəsinə ötürürlər. Vəssalam. Quzu ətini isə almağa insanlarda pul yoxdur. Ay mütəxəssis.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol