Menu

Ukrayana ordusu Kurskda Rusiya qoşunlarının müdafiə xəttini yardı - Hücum davam edir

09.02.2025, 19:56
Ukrayana ordusu Kurskda Rusiya qoşunlarının müdafiə xəttini yardı - Hücum davam edir

Ukrayna ordusu Kursk vilayətində yeni hücuma başlayıb.

Amerikanın Müharibənin Tədqiqi İnstitutunun məlumatına görə, Ukrayna qoşunları Sudjanın cənub-şərqində Rusiya cəbhə xəttini yararaq 5 kilometr irəliləyib.

Yayımlanan kadrlara əsasən, Ukrayna qoşunları Sudja-Oboyan magistral yolu ilə irəliləyir və artıq Çerkasskaya Konopelka və Ulankaya gedən yolda bir neçə yaşayış məntəqəsini işğal ediblər.

Ukrayna hakimiyyəti mövcud vəziyyəti şərh etməyib, Moskva isə iki mexanikləşdirilmiş zirehli texnika batalyonunun iştirak etdiyi hücumların uğurla dəf edildiyini bildirir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol