Menu

"Orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilməyə hazırıq" - Şahmar Mövsümov

10.02.2025, 11:45
"Orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilməyə hazırıq" - Şahmar Mövsümov

Azərbaycan orta gəlirli ölkədən yüksək gəlirli ölkəyə çevrilməyə hazırdır.

"Report" xəbər verir ki, bunu Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Dünya Bankının 2024-cü il üzrə "Dünyanın İnkişafı haqqında Hesabatı"nın (World Development Report - WDR) Bakıda yüksək səviyyəli təqdimat tədbirində bildirib.

Onun sözlərinə görə, 1990-cı illərdən bəri cəmi 4 orta gəlirli ölkə yüksək gəlirli ölkələr sırasına keçib: "Azərbaycan da buna hazırdır. Bunu etmək asan olmasa da, biz hazırıq. Bununla bağlı iqtisadi layihələrin şaxələndirilməsi tələb olunur. Bunu etmədiyimiz halda biz lider mövqelərdə deyil, geriləməkdə olacağıq".

Bundan başqa, PA rəsmisi qeyd edib ki, Azərbaycan innovasiyalara yönəlmək üçün zəruri infrastruktura və bazaya malikdir: "Biz bu zəmində çiçəklənən, inkişaf edən ölkəyə çevrilə bilərik. Hazırda dünyanın qarşısında ciddi çağırışlar dayanır. Azərbaycandakı vəziyyətə baxsaq güclü rəhbərlik, güclü tərəfdaşlıqlar, o cümlədən Dünya Bankı ilə aparılan tərəfdaşlıqlara baxdıqda biz çox qabaqcıl gələcəyə doğru irəliləyə bilərik. İnnovasiya Azərbaycanın vacib diqqət yetirdiyi sahələrdən biridir, uzunmüddətli iqtisadi artımın təmin edilməsi üçün vacibdir. Bunun üçün startaplara və sahibkarlara dəstək göstərilməlidir".

Şərhlər

Pensiyaçı 2025-02-10 16:40:47

Bu adam gəlir dedikdə görəsən nə başa düşür?öz gəlirini,yoxsa orta Azərbayvcanlının gəlirini?Azərbaycan statistika komitəsi elan edir ki.2024-cü ildə maaşlar 8.1 faiz artırılıb.Ona əsaslanaraq pensiyaları da 8.1 faiz artırıblar.Yaxşı,bəs 2024-cü il ərzində ərzaq,çox işlənən mallar.nəqliyyat.səhiyyə,digər xərclər axı 35-60 hətta 200 faiz (metro,avtobus ) artıb.Hörmətli Mövsümov bəs bu zaman orta işçinin güzəranı necə nəzərə alındı?Buna atdınlıq gətirməniz hamını maraqlabdırır.İmkan tapıb əsaslı cavablandırsanız məmnun olaraıq.

Murik 2025-02-10 12:40:33

Biz hele hec orta gelirli dovletlere catmamisig yeni orta gelirli dovletlerde olan emek haggina ve pensiyaya satmag ucun hec olmasa emek baglari ve pensiyalar 20% artmalidir ki biz orta gelirli dovletlere catag

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol