Menu

Ərdoğan Pakistanın Baş nazirinə "Togg" hədiyyə edib - VİDEO

13.02.2025, 19:12
Ərdoğan Pakistanın Baş nazirinə "Togg" hədiyyə edib - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifə Türkiyənin yerli istehsalı olan "Togg" avtomobili hədiyyə edib.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat yayıb.

Qeyd edək ki, R.T.Ərdoğan Pakistanda rəsmi səfərdədir.

Xatırladaq ki, “Togg” elektrikli avtomobillərinin silsilə istehsalına 2022-ci ilin oktyabrın 29-da başlanılıb. İstehsalçı 2030-cu ilədək 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol