“Tanınmış təhsil ekspertlərinin dediyinə görə, Elm və təhsil naziri Emin Əmrullayev təhsillə heç bir əlaqəsi olmayan adamlara yüksək vəzifələr verməkdə davam edir”.
“AzPolitika” bildirir ki, bunu keçmiş deputat, elm və təhsil sahəsində tanınmış mütəxəssis Etibar Əliyev “Faebook” sıhifəsində yazıb.

O, buna misal kimi son günlər Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyində ümumtəhsil şöbəsinin müdiri vəzifəsinə vaxtilə şəkər zavodunda işləyəni, Ümumtəhsil siyasəti şöbəsinə isə Dəniz vağzalında inzibati işdə çalışmış bir nəfəri təyin etdiyini qeyd edib: “Sual yaranır: Məqsəd nədir? Kimsə nazirin dostu, yaxud sinif yoldaşıdır. Bu amilə söykənib onlara ölkənin strateji sahəsi olan təhsildə yüksək vəzifəmi verilməlidir? Bu adamlar Gəncədə Aqrar Universiteti bitirmiş Anar Qədiməliyev adlı birisini də Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müdir göndərmişdilər. Adam həmin regionda məktəb və bağça sistemini sözün əsl mənasında məhv elədi. Bir neçə tanınmış pedaqoq insult və infarkt keçirdi. Prokurorluğa və məhkəməyə daxil olan şikayətlərin sayı-hesabı olmadı”.
E.Əliyev baş verənləri təbii sayır: “Belə də olmalı idi. Məktəb və uşaq bağçası elə təsisatlardır ki, yad cisim qəbul etmir. Bu xidmətlərinə görə E.Əmrullayev onun vəzifəsini böyütdü. Bakı şəhəri üzrə Təhsil İdarəsinə müdir müavini vəzifəsini ona verdi. Deyilənlərə görə, yüksək dağıdıcılıq qabiliyyəti nəzərə alınıb, yaxın günlərdə onu idarəyə müdir qoymaq istəyir. Yenə də sual verirəm: Məqsəd nədir? Orta təhsili poliqona çevirməkdə məqsədiniz nədir? Orta məktəb tam şəkildə repetitorların ixtiyarına verilib. Nizam-intizam pozulub. Məktəblərdə bıçaqlanma hadisələrinin sayı-hesabı yoxdur. Əgər uşaq məktəbə gəlmirsə, hansı tərbiyədən danışmaq olar?”
Keçmiş deputat sonda vurğulayıb ki, təhsilə heç bir aidiyyatı olmayan adamların bu sahədə yüksək vəzifələrə təyin olunmalarında məqsəd bəllidir. “Ancaq bunun da bir limiti olacaqmı”, - o sual edir.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Azpolika şərhləri niyə vaxtında vermir? Verərsə, bu müzakirələrə səbəb olardı. Çox tərif deyəsən Sizə pis təsir bağışlayır
Təəssüf ki, baş verməmiş soyqırımı ermənilər 100 il bundan öncə guya soyqırıma məruz qaldıqlarını bütün dünyaya artıq demək olar ki, sübut ediblər, 33 il bundan öncə Xocalı soyqırımını gözü çıxmış dünyaya sübut edə bilmirik. Bunun əsas səbəbi ermənilərin qoçaqlığında deyil, bizim maymaqlığımızdadır, çünki ermənilər xaricdə böyük uğurlar qazananda bizimkilər (səfirliklər nəzərdə tutulur) şərab alveri ilə, kürü diplomatiyası ilə, xaricdə mülk almaqla məşğuldurlar. Hüquq mühafizə orqanlarımız isə onların xatirinə dəymir. Bunun da bir səbəbi var, çünki bu orqanların rəhbərləri xarici səfərlərdə olanda, səfirliklərlə münasibət qururlar, daha doğrusu səfirliklərin rəhbərləri onların belə demək mümkündürsə qulluğunda dururlar, münasibət qururlar. Belə ki, bu səfirliklərin hətta balaca vəzifədə olan məmurunun Azərbaycanda çirkaba bulaşmış qohum-əqrəbası var, necə deyərlər, əl əli yuyar əl də qayıdıb üzü yuyar. Uğursuz təyinatların bir səbəbi var: qohumbazlıq, yerlibazlıq, proteksionizm, nepotizm. Bu təkcə diplomatiya sahəsində deyil, həyatımızın bütün sahələrinə sirayət etmişdir. Prezident bütün sahələrə nəzarət etmək iqtidarında deyil, onda bu qurumlar nəyə lazımdır. Mənim səmimiyyətimə inanın və düz anlayın. Kadr seçimi ölkədə çox bərbad vəziyyətdədir. Məs., Azpolitikanın saytında “TƏHSİLİ POLİQONA ÇEVİRMƏKDƏ MƏQSƏD NƏDİR?” – “Kimsə nazirin dostu, yaxud sinif yoldaşıdırsa, ona yüksək vəzifəmi verilməlidir?” yazısı diqqətimi çəkdi. Bu yazıdan kiçik qeydlər. Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyində ümumtəhsil şöbəsinin müdiri vəzifəsinə vaxtilə şəkər zavodunda işləyəni, Ümumtəhsil siyasəti şöbəsinə isə Dəniz vağzalında inzibati işdə çalışmış bir nəfəri təyin edildiyi qeyd edilir, ya da hansısa nazir öz bacanağını özünə müşavir təyin edir. Belə davam etsə uçurumu göz önünə gətirin. Burada Yulius Fuçikin birüsyankar fikri yadıma düşdü: İnsanlar ayıq olun. Mən isə deyirəm insanlar qəflət yuxusundan oyanmaq vaxtıdır.
Xarici səfərlərdə olarkən mənim üçün maraqlı idi, kadr məsələsi onlarda necə həll olunur? Cavabları isə belə idi ki, onlarda da belə problem var. Lakin, onlar bu vəzifəyə layiqlisini təyin edirlər, çünki dövlət maraqları onlarda ön yerdədir, daha bizdəki kimi biyabırçı vəziyyətdə deyil. Afrika qəbilələrində də bizdəki kimi əcayib formada deyil.
P.S. Sözün açığı Azpolitikanın hakerlərin terror hücumuna məruz qalmasına mən də biganə qala bilmirdim. Elə bil ki, hansısa əzizimi itirmişdim. Sözün açığı, ümidimi itirmişdim ki, Azpolitikanın kitabı bağlandı. Bir neçə gün səhifəyə girib məyus olurdum. Sonuncu gün hər ehtimala qarşı saytı açanda, elə bildim ki, ən əziz adamım islah-əmək müəssisəsindən azad olub, çünki yeganə saytdır ki, onun vasitəsilə ürəyimizi boşaldırıq. Fikirləşirik, bəlkə ölkə başçısı bu saytlara nəzər salsa bizim narahatçılımızı hiss edər. Bildiyim qədər O, aradabir saytlara nəzər yetirir. Bizim, şəxsən mənim bir amalım var ki, bu ölkə düzəlsin.
Orta məktəbdə (və ya kollecdə, unversitetdə) bir neçə il dərs deyən, təhsilin incəliklərini bilən adamlar təhsildə vəzifəyə təyin olunmalıdırlar.Yoxsa bu nə dərəbəylikdir ,dəniz vağzalı hara ümumitəhsil siyasəti şöbəsi hara...
Belə rəzalət olmamışdı təhsildə Dövlət bağçalarına uşaq yerləşdirmək üçün 1 uşağa bağça müdiri 1000 min manat istəyir və and içir, mənlik deyil Nazirlk işçiləri onlayn qeydiyyatı izləyirlər və zəng vururlar haqq-hesabi çatdırın Bunun bir sonu olacaq ya yox?? Mənim min manatım olsa, heç bağçaya aparmaram usagimi, oturub onlara qulluq edərəm((
Əmrullayev təhsilən anlamadığını dəfələrlə sübut edib.çıxıb gözəl-gözəl anışmaqla iş bitməzz.Əyani iş görülməlidir.iş isə gözə dəymir.Yenə köhnə hamam.köhnə tas.Sadəcə bəzi asan məsələlər problemlşdirilir.indiyə qədər "ağıllı"başların irəli sürüyü qəbul edilən təkliflər heç bir nəticə vermədi və təhsil səviyyəsi uçuruma yuvarlanıb.Nazirlik kənardan boş danışıqlarla məsələyə heç bir düzəliş edə bilməyib.Yenə məktəblərdə pul yığımı,davamiyyəttin yaramaz, həddə çatması.müəllim səhlənkarlığı,dərsliklərin bəzəkli,mənasız ,tərtibsiz olmas və sair hallar qalır və daha da korlanır.Nazirliyin bu sahədə fəaliyyəti və fəaliyyətinin nəticəsi görünmür.,
axrinci model BMV
Bu amrullayev kımı bısavadlar at oynadır . onun uchun hara baxırsan problemdır.
Bu deputatlar icra bascilari imkan verse bu nazirde normal isleyer.mekteb direktorlari muavinleri hamisi ya deputatlarin ya da icra bascilarinin ya arvadi ya baldizi ya qizi ya qardasi qizi ve s.mumkun deyil tehsil naziri birinin sozunu yere salan kimi tez milli meclisde tehsili atese tuturlar bu deputatlar.ta ki istediklerini alana kimi ona gorede tehsilimiz duzelmiyecek.tehsile dovlet terefinden 1milyard manatdan artiq vesait ayrilir hele de mekteblerde fond pulu yigilir
O özü də, Sahil Babayev tipli kadrdir, ona verilən tapşıriqlara artiqlamasi ilə əməl edir, tezliklə mükafatini alar.....
Emin Əmrullayev təhsil sisteminə yeniliklər gətirib inkişaf etdirmək istəyir.amma bu deputat kimi sifariş yerinə yetirənlər onu gözdən salmağa çalışır
Emin IƏmirullayev deyən kimi Özbəkistandakı papka məsələsini xatırlayın uğunub gedirəm gülməkdən. Oradakı "qəmədiyəyə" prezident də özünü saxlaya bilməyib gülmüşdü.
Nazirin yerinə olmadığı elə onun ilk iş günündən bəllidir.Bu hakimiyyt normal kar təyin edə bilmədiyinin dübuta ehtiyacı yoxdur.Nazir sahni bilən.uyğun ixtisaslı,müvafiq iş təcrübəsinə malik çəxslər təyin edilməlidir.bizdə isə tam yanlış təyinatlar baş verir.əyani misal:Bütün nazirlər,Bir araşdırn hansı nazir oturduğu nazirliyə uyğun yəhsil-dipımu.nazir səviyyəsinə qədr sahə üzrə iş tcrübəsi.bu sahdə hər hansı fərqləndirici əməli var?Ona görə ölkədə bütün sahələr axsayır.Kadr təyinatı təcrübəsiz və naşı əllərdədir.