Amerikalı milyarder və ABŞ Prezidenti Donald Trampın müttəfiqi İlon Mask Konqresdəki respublikaçıları narazı salmağa başlayıb.
“AzPolitika” xəbər verir ki, “Politico” nəşrində dərc edilən məqalədə belə deyilir.
Qeyd olunur ki, hətta ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson da Maskdan narazıdır. O, Maskın büdcə planına müdaxilə etməyə çalışdığı zaman narazılığını ifadə edib. Şimali Karolina senatoru Tom Tillis isə Trampın təyin etdiyi şəxsləri milyarderin "şıltaqlıqlarına" müqavimət göstərməyə çağırıb.
“Politico” qeyd edir ki, Tramp dünyanın ən zəngin adamına geniş səlahiyyətlər versə də, Konqresdəki respublikaçılar bununla razı deyillər və bu səlahiyyətlərə məhdudiyyət qoyulmalı olduğunu bildirirlər. Bu, xüsusilə Maskın Respublikaçılar Partiyası liderlərinin onsuz da mürəkkəb qanunvericilik gündəliyinə müdaxilə etdiyi zaman açıq görünür.
Yazıda qeyd olunur ki, ictimai rəy də Maskın əleyhinədir və onun reytinqi hədsiz dərəcədə pisləşir. Son sorğular göstərir ki, ABŞ vətəndaşlarının böyük əksəriyyəti milyarderə mənfi münasibət bəsləyir.
“AzPolitika.info”


Şərhlər