Menu

"Putin və Tramp arasında görüş hələ planlaşdırılmayıb" - Ağ Ev

26.02.2025, 18:59
"Putin və Tramp arasında görüş hələ planlaşdırılmayıb" - Ağ Ev

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında görüş hələ planlaşdırılmayıb.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt məlumat verib.

O bildirib ki, iki ölkənin rəsmiləri Ukraynadakı müharibənin həlli ilə bağlı ünsiyyəti davam etdirirlər.

"Prezident Putinlə birbaşa dialoq aparıb. O, (Tramp-red) bildirib ki, hər iki tərəf bu münaqişənin bitməsini istəyir", - Ağ Evin mətbuat katibi Trampla Putin arasında fevralın 12-də baş tutan telefon danışığından bəhs edərkən deyib.

“Prezidentin bu münaqişəni sona çatdırmağı tapşırdığı nümayəndə heyəti ruslar və ukraynalılarla əlaqə saxlamağa davam edib. Müharibəyə son qoymaq üçün hər iki tərəflə danışmalıyıq”, - o vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol